Oğuza yağan leysan və dolu fəsadlar YARATDI – FOTO  

Hazırda oxunan: Oğuza yağan leysan və dolu fəsadlar YARATDI – FOTO  

139241

Ötən axşam Oğuza son 50 ilin ən iri dolusu yağıb. Sakinlər bildirir ki, 10 dəqiqə davam edən dolu əsasən meyvə və bostan bitkilərinə zərər vurub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gün axşama doğru Şimal-Qərb bölgəsində havanın kəskin dəyişməsi nəticəsində Oğuz rayonunun bir neçə kəndində əvvəlcə leysan yağıb daha sonra doluya çevrilib.

Bir saata yaxın davam edən leysan və 10 dəqiqə yağan dolu çaylarda suyun artmasına, sel-sulara səbəb olub.

Oğuzun Baş Daşağıl, Xalxal və Filfilli kəndlərinə yağan leysan və dolu təsərrüfatlarda meyvə ağaclarının məhsuluna, bostan-tərəvəzə daha çox ziyan vurub. Yağan dolu və leysan nəticəsində kənddaxili yollardan qısamüddətli sel keçib, bir sıra kənddaxili yollarda fəsadlar yaranıb.
Sel və dolu Xalxal kənd tam orta məktəbinə gedən yolda çayın üstündəki piyada körpüsünü qəzalı vəziyyətə salıb.

Hadisədən sonra rayonun müvafiq təşkilatları və texnikalar sözügedən kəndlərə cəlb edilib.

Oğuz Rayon Fövqəladə Hallar Komissiyasından Bizim.Media-ya bildirilib ki, müvafiq qrumlar ərazidə leysan və dolu nəticəsində yaranan fəsadların aradan qaldırılması istiqamətində bütün gecə işlər aparıb, fəsadlar aradan qaldırılıb. 








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin