Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti may ayının son 15 günü ərzində bir sıra qərarlar qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlər Kabinetinin 2023-cü il 23 may tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), xüsusi rütbəsi olan əməkdaşlarının, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 27 sentyabr tarixli Qərarında dəyişiklik edilib.
Dəyişikliyə görə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) və dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə maaşlarının məbləğləri yeni redaksiyada təsdiq edilib.
Həmçinin, Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nda edilmiş dəyişikliyə əsasən publik hüquqi şəxslər üçün vəsaitlərdən istifadə barədə hesabatlar aylıq, rüblük və ilin əvvəlindən artan yekunla iqtisadi təsnifat üzrə təqdim olunduğu halda, artıq rüblük və illik olaraq təqdim ediləcəkdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:40 / 01.06.2023
Naxçıvan Nazirlər Kabineti yeni qərarlar qəbul edib
Hazırda oxunan: Naxçıvan Nazirlər Kabineti yeni qərarlar qəbul edib
Hazırda oxunan: Naxçıvan Nazirlər Kabineti yeni qərarlar qəbul edib
139201
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.