FAKTİKİ HAVA: Bölgələrə leysan yağış yağıb, dolu düşüb

Hazırda oxunan: FAKTİKİ HAVA: Bölgələrə leysan yağış yağıb, dolu düşüb

139193

İyunun 1-i saat 18:00-a olan məlumata əsasən, Naxçıvan, Ordubad, Daşkəsən, Göygöl, Gədəbəy, Füzuli, Laçın, Zəngilan, Ağdam, Şəki, Quba, Lerik, Yardımlı, Lənkaran, Oğuz, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. 

Bu barədə Bizim.Media-ya Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. 

Onun sözlərinə görə, Daşkəsən rayonu ərazisinə saat 16:35 radələrində diametri 9, Zəngilan rayonunun dağlıq ərazilərinə diametri 5-6 mm dolu düşüb: "Eyni zamanda Laçın rayonunun Qorçu kəndinə dolu düşüb.

Şərq küləyi Salyanda arabir 20 metr/saniyəyədək güclənib.

Bu gün gün ərzində bölgələrdə arabir yağışlı hava şəraiti davam edəcək. Əsasən Qazax, Gəncə, Balakən, Şəki, Quba, Qusar, Lənkəran, Astara zonasında yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Gözlənilən yağıntılarla əlaqədar bəzi çaylarda sululuğun artacağı, dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin