Naxçıvanda bu qurumlarda çalışanların aylıq vəzifə maaşları TƏSDİQ EDİLDİ 

Hazırda oxunan: Naxçıvanda bu qurumlarda çalışanların aylıq vəzifə maaşları TƏSDİQ EDİLDİ 

139191

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Aparatının, Dövlət Vergi Xidmətinin yerli qurumların işçilərinin, həmçinin Dövlət Vergi Xidmətinin Aparatı və yerli qurumları üzrə xidmət heyətinin aylıq vəzifə maaşları təsdiq edilib. 

Bu barədə Bizim.Media-ya Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. 

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi və yenidən təşkil edilməsi ilə əlaqədar Nazirlər Kabinetinin 2023-cü il 17 may tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin işçilərinin aylıq vəzifə maaşlarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2021-ci il 11 noyabr tarixli, “Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin ştat cədvəli”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli qərarları ləğv edilib və Dövlət Vergi Xidmətinin Aparatının, Dövlət Vergi Xidmətinin yerli qurumların işçilərinin, həmçinin Dövlət Vergi Xidmətinin Aparatı və yerli qurumları üzrə xidmət heyətinin aylıq vəzifə maaşları təsdiq edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin