Mustafa Babanlı Bakı Avropa Liseyinin şagirdləri ilə görüşdü

Hazırda oxunan: Mustafa Babanlı Bakı Avropa Liseyinin şagirdləri ilə görüşdü

139157
ADNSU nümayəndələri və Bakı Avropa Liseyinin şagird və müəllimləri UFAZ-ın təqdimatına həsr olunmuş bu görüşdən məmnun qalıblar.

İyunun 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının rəhbərlik etdiyi nümayəndə heyəti Baki Avropa Liseyində səfərdə olub. Şagirdlərlə Uşaqların Beynəlxalq Müdafiəsi gününə təsadüf edən bu görüş əlamətdarlığı ilə yadda qalıb.
Rektor liseyin müəllim və şagirdləriylə görüşüb, 95 illik ənənələrə, elmi potensiala malik universitetimizin dünəni və bu günkü inkişaf istiqamətləri barədə danışıb. Eləcə də yeni tədris ilindən başlayaraq ADNSU-nun nəzdində fəaliyyət göstərəcək Fransız-Azərbaycan Universiteti (UFAZ) haqqında ətraflı məlumat verib, onun üstünlükləri, əhəmiyyəti barədə söz açıb. M.Babanlı UFAZ-ın uğurlu təqdimatından sonra şagirdlərin çoxsaylı suallarını cavablandırıb. Onu da qeyd edək ki, bu görüşün baş tutmasında ADNSU-nun tələbələri olan lisey məzunları fəal iştirak ediblər.xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin