Qarabağda işləmək istəyənlərin nəzərinə: Sənəd qəbulu başladı

Hazırda oxunan: Qarabağda işləmək istəyənlərin nəzərinə: Sənəd qəbulu başladı

139139

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə mexanik (ali təhsilli olmalı), qaynaqçı, avtoelektrik, vulkanizator vəzifələrində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir.

ANAMA-dan Bizim.Media-ya bildiriblər ki, çalışdığı müddətdə işçinin səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərdə tutulub.

Maraqlananlar müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə, şəxsiyyət vəsiqəsinin surəti, təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.), əmək kitabçasının surətini (olduğu halda) [email protected] ünvanına göndərməlidir.

Sənəd qəbulu bu ilin iyunun 15-dək həyata keçiriləcək.

Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin