DİN-in "Qaynar xətt"inə müraciət edən azyaşlıların sayı ARTIB

Hazırda oxunan: DİN-in "Qaynar xətt"inə müraciət edən azyaşlıların sayı ARTIB

139103

"Ölkədəki neqativ hadisələrə reaksiya olaraq bu il Daxili İşlər Nazirliyinin “102” Xidməti - Zəng Mərkəzinə uşaqların müraciəti artıb". 

Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev "Uşaqlar, hüquqlar, qəzalar və çıxış yolları" adlı tədbirdə deyib. 

Onun sözlərinə görə, uşaqların cəmiyyətdəki hadisələrə belə tez reaksiya verməsi sevindirici haldır:

"Hazırda 500-dən artıq uşağa yol-hərəkəti qaydaları ilə bağlı təbliğat işləri aparılır. Ümumiyyətlə təbliğat o yerlərdə daha çox aparılır ki, təhlükəli qəzalar həmin yerdə baş verir. Bizi qayğılandıran məsələ uşaqların gələcəyidir”. 

E.Hacıyev qeyd edib ki, bu il 1000-ə yaxın uşaqla, 20 mindən artıq valideynlə görüş keçirilib:

"Görüşlər daha çox narkotik vasitələrin dövriyyəsi, erkən nikah və yol qəzaları ilə bağlıdır. Kiçik bir yanlışlıq övladlarımızı itirməyə səbəb ola bilər. Bu hadisələrin baş verməməsi üçün övladlarımızı qorumalı, onların sağlamlığına görə bir olmalıyıq. Bütün yol-hərəkəti qaydalarına düzgün əməl etməliyik ki, uşaqlar da bizdən örnək götürsün”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin