"Bu il yol qəzalarında 7 uşaq ölüb, 27 nəfər xəsarət alıb".
Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) rəhbəri Namidan Piriyev "Uşaqlar, hüquqlar, qəzalar və çıxış yolları" adlı tədbirdə deyib .
Onun sözlərinə görə, ötən il isə yol qəzalarında 57 uşaq ölüb, 5 uşaq xəsarət alıb:
"Qəzaların statistikasını hazırlayanda uşaqların statistikası ayrıca verilir. Ölüm və xəsarətlə nəticələnən bu hadisələrin kökündə bəzən piyadaların öz həyatlarını heçə sayması, ani diqqətsizliyi və ya məsuliyyətsizliyi dayanır.
“Gedəcəyim ünvana daha tez çatım” prinsipini əsas tutan belə piyadalar yola necə gəldi çıxırlar. Təəssüf ki, ölümü keçiddən üstün sayan piyadalar hətta 4-6 zolaqlı, sürətli yollarda belə yaxınlaşan avtomobilin qarşısına qəfil çıxmaqla qəzaların qurbanına çevrilirlər".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:03 / 01.06.2023
Bu il yol qəzalarında 7 uşaq həyatını İTİRİB - RƏSMİ
Hazırda oxunan: Bu il yol qəzalarında 7 uşaq həyatını İTİRİB - RƏSMİ
Hazırda oxunan: Bu il yol qəzalarında 7 uşaq həyatını İTİRİB - RƏSMİ
139090
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.