Azərbaycanda köhnə avtomobillərlə bağlı VACİB QƏRAR

Hazırda oxunan: Azərbaycanda köhnə avtomobillərlə bağlı VACİB QƏRAR

139071

Azərbaycanda güzəştin və birdəfəlik ödənişin maliyyələşdirilməsi, habelə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitələrinin utilizasiya fondu yaradılacaq.

Bizim.Media xəbər verir ki, bu, bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "İstehsalat və məişət tullantıları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Nəqliyyat vasitələrinin utilizasiyası fondu məqsədli büdcə fondudur və aşağıdakı müstəqil mədaxil mənbələri hesabına maliyyələşəcək:

- utilizasiyası haqqı;

- kreditlər və qrantlar;

- hüquqi və fiziki şəxslərin könüllü ianələri;

- beynəlxalq təşkilatların və digər donorların ayırmaları;

- qanunla qadağan olunmayan digər mənbələr.

Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Qanun qəbul ediləcəyi halda fondun yaradılmasına dair müddəa 2024-cü il fevralın 1-dən tətbiq olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin