Məktəblərdə dərslər 07.00-da BAŞLAYARSA... – Uşaqlar psixoloji olaraq buna hazırdır?

Hazırda oxunan: Məktəblərdə dərslər 07.00-da BAŞLAYARSA... – Uşaqlar psixoloji olaraq buna hazırdır?

139058

Bir sıra ekspertlər Azərbaycanda orta məktəblərdə dərslərin sentyabrın 15-də deyil, həmin ayın 1-dən başlanmasını təklif edirlər. Eyni zamanda, onlar dərs saatının daha əvvələ salınması, yəni saat 07.00-da dərsə başlanılmasını irəli sürürlər. 

Qeyd edək ki, hazırda orta məktəblərdə dərslər ən tez halda 08.00-da başlayır. 

Dərslərin saat 07.00-da başlanmasını təklif edənlərin əsas gətirdiyi başlıca arqument isə, bu addımın Bakıda tıxac problemini xeyli dərəcədə azaldacağı ilə bağlıdır.  

Görəsən, dərs saatının başlanmasının 07.00-a salınması uşaqların psixologiyası və fiziki sağlamlığına necə təsir göstərəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən psixoloq Elnur Rüstəmovun fikrincə, hazırkı şəraitdə psixoloji və fiziki sağlamlıq baxımından buna hazır deyilik: 
 

MÖVZU İLƏ BAĞLI:

Əlifba bayramları necə keçirilməlidir? – Ekspert bir çox mətləblərə AYDINLIQ GƏTİRDİ  


“Orta məktəblərdə dərslərin səhər saat 07.00 başlanması təklifi əsaslandırılmış təklif deyil. Dünya təcrübəsində belə hal yoxdur. Azərbaycanda milyon yarıma qədər təhsil alan, 150 mindən çox təhsil verən var. Onların mühüm bir hissəsi də rayonlarda təhsil alır. Dərs saatının başlanmasının 07.00-a keçirilməsi tıxacla bağlıdırsa, tıxac əsasən Bakının mərkəzində olur. 

Xəzər rayonunda məktəbə gedən uşağın isə tıxacda qalacağına inanmıram. Azərbaycanın hansısa rayon və yaxud kəndində saat 07.00-da dərslərin başlanmasına nə ehtiyac var? Bu halda uşaq dərsə gecikməmək üçün saat 05.00-06.00-da yerindən durmalıdır. Belə olan halda uşaqlar lazımi səviyyədə dincələ, yuxu vaxtını ala bilməyəcək”. 
Ekspertə görə, həmin vəziyyətdə uşaq psixoloji cəhətdən müəyyən qədər gərgin vəziyyətə düşəcək, onun da nəticəsində dərslərini lazımi səviyyədə mənimsəməkdə çətinlik çəkəcək: 

“Anoloji vəziyyəti müəllimlərə də aid etmək olar. Dərs vaxtını müəyyənləşdirən zaman həm fiziki, həm də psixoloji sağlamlığı nəzərə almalıyıq. Bu isə dərslərin 07.00-da başlanmasını mümkünsüz edir. Bu gün üçün buna hazır deyilik. Ona görə də dərslərin saat 07.00-da başlanması təklifi məqsədəuyğun sayıla bilməz”.


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması - bəndinə uyğun olaraq hazırlanıb.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin