Xərçəngdən qurtuldu, timsaha yem oldu...

Hazırda oxunan: Xərçəngdən qurtuldu, timsaha yem oldu...

138989
Avstraliyanın şimalında Kuinsland (Queensland) əyalətində Deyntri milli parkında yerləşən Tornton çay çimərliyində 46 yaşlı Sindi Uoldron adlı qadın timsah tərəfindən parçalanaraq yeyilib. 

BBC-nin məlumatna görə, qadın çimərliyə dostları ilə xərçəng xəstəliyindən qurtuluşunu qeyd etmək üçün gedib. Qadın çimərliyə düşdükdən az sonra timsah onu suya çəkib. Qadının dostları onu timsahın ağzından qurtarmağa cəhd etsələr də buna nail ola bilməyiblər. 

Əyalət polisi hadisənin faciəvi olduğunu bildirməklə yanaşı, xüsusilə gecə saatlarında çaya enməklə bağlı sakinlərə dəfələrlə xəbərdarlıq etdiklərini bildiriblər. Avstraliya timsahlarının ən fəal və ac dövrü gecə saat 10-dan sonra başlayır. Polisin bildirdiyinə görə, Sindi Uoltron və onun dostları çay kənarına yerləşdirilən xəbərdarlıq işarələrinə də məhəl qoymayıblar. 

Yetkililər bu çayda hər il ən azı iki nəfərin timsahların qurbanı olduğuna diqqəti çəkirlər.(Musavat.com)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin