Valideynlər arasında övladlarının boyu və inkişafı ilə əlaqədar kifayət qədər narahatçılıqlar var. Bəzən uşaqların bir qismində fiziki inkişafdan geri qalma müşahidə olunur.
Ümumiyyətlə, millətimizdə boy artımı problemi var və bu kifayət qədər həm də psixoloji problemə çevrilib.
Amma heç zaman bu məsələnin doğru həlli üçün addım atmağa və öyrənməyə çalışmırıq. Mütəxəssislərin fikrinə görə, boy məsələsi ana bətnindən başlayan bir prosesdir və düzgün yanaşma tələb edir.
Boyun ləngiməsinə təsir edən əsas səbəblər isə uşaqda hər hansı xroniki xəstəliklərin, orqanizmində qurd-parazitin olması, qeyri-rasional birtərəfli qidalanma, fiziki hərəkətsizlik-hipodinamiya, psixoloji travmalar, boy hormonunun defisiti və irsiyyətdir.
Mövzu ulə bağlı dietoloq Zeynəb Azəri söyləyir ki, bədənimizin genetik yaddaşı var:
“Əgər valideylərin hər ikisi hündür və ya qısa boyludursa, övladı da özlərinə oxşayır. Yox, əgər uşaqlarda inkişaf getdiyi zamanda qidalanması zəif olarsa, bu zaman onun boyunda çatışmazlığın olması qaçılmazdır. Başqa halda isə müşahidə edirik ki, valideynlərin boyu balaca olsa da övladlar uca boylu olur. Bu fakt da genetikaya dayanan haldır”.
Zeynəb Azəri əlavə edir ki, boyu uzatmağa kömək edən vitaminlər - kök, yulaf, kəsmik, yumurta, paxlalı bitkilər (mərci, noxud, lobya), dana əti, dəniz məhsullarıdır. Bu qidaların tərkibi müxtəlif vitaminlərlə zəngindir. Bəzən yulafı uşaqlara 1-2 yaşa kimi verirlər.
Sonra bu qidanı uşaqlara yedizdirməyi dayandırırlar. Lakin bu, düzgün deyil. Daimi olaraq sadaladığım qidaları uşaqlara yedizdirmək lazımdır”.
Uşağın boyunu artırmaq üçün düzgün balanslanmış qida, fiziki aktivlik, bəzi idman növləri ilə məşğul olmaq, normal yuxu vacib amillərdir. Eyni zamanda günəş şüaları və təmiz hava qəbul etmək, mədə-bağırsaq sistemi fəaliyyətinin normal saxlamaq da əsas şərtlərdən hesab olunur.
Gülşanə Mustafayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:40 / 06.03.2021
Millətin boyu niyə artmır? – Uşaqlarınızı doğru qidalandırın!
Hazırda oxunan: Millətin boyu niyə artmır? – Uşaqlarınızı doğru qidalandırın!
Hazırda oxunan: Millətin boyu niyə artmır? – Uşaqlarınızı doğru qidalandırın!
13898
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.