Qobustanda baş verən dəhşətli qəzada həyatını itirən Şabran şəhər sakini, 17 yaşlı Səmayə Talıbovanın atası polis əməkdaşı olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, iki il əvvəl ürəktutmasından dünyasını dəyişən Natiq Talıbov Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində xidmət edib.
MÖVZU İLƏ BAĞLI:
17 yaşlı Səmayənin faciəli ölümü: Anasından ÖZƏL AÇIQLAMA
Qeyd etdiyimiz kimi, qəza qurbanıı olan Səmayə Talıbova Şamaxı regional kollecinin maliyyə-kredit fakultəsinin 2-ci kurs tələbəsi olub.
Onun nişanlanacağı 23 yaşlı Əmrah Nuriyev isə Bakıda marketlərin birində işləyirmiş.
Qəzada həyatını itirən Əmrah Nuriyev, bacısı Şəbnəm Nuriyeva, Şəbnəmin həyat yoldaşı Məhərrəm və azyaşlı qızları Məryəm Səmədovlar Şamaxıda, Səmayə Talıbova isə Şabran şəhərində dəfn edilib.
Beş nəfərin həyatına son qoyan, bir nəfərin ağır yaralanması ilə nəticələnən dəhşətli qəzanı Baş Dövlət Yol Polisinin istintaq və təhqiqat şöbəsi araşdırır.
Fakta görə cinayət işi açılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu