Bu gün görkəmli xanəndə, mərhum xalq artisti, “Şöhrət”x9d ordenli sənətkar Sara Qədimovanın doğum günüdür.
xa0
Sara Qədimova 1922-ci il mayın 31-də Bakıda anadan olub. Əslən Ağdamın Abdal-Gülablı kəndindəndir. Sənət fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Sara Qədimova nadir istedadı sayəsində qısa müddətdə müğənni kimi tanınıb. İkinci Dünya müharibəsi illərində dahi Üzeyir Hacıbəyovun və Səməd Vurğunun yaratdığı, eləcə də müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu “Şəfqət bacısı”x9d mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib.
xa0
Sara Qədimovanın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. O öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb.
xa0
Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu “Bayatı-Şiraz”x9d, “Şur”x9d, “Şahnaz”x9d, “Qatar”x9d, “Mahur-hindi”x9d, “Xaric segah”x9d muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb. Müğənninin ifasında “Qarabağ şikəstəsi”x9d isə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur.
xa0
Milli mədəniyyətimizi dəfələrlə xarici ölkələrdə böyük uğurla təmsil edən Sara Qədimova Azərbaycan xalq musiqisini müxtəlif xalqların nümayəndələrinə sevdirə bilib. Çıxış etdiyi ən mötəbər səhnələrdə rəğbətlə qarşılanıb və SSRİ-nin “Şərəf nişanı”x9dna layiq görülüb.
xa0
Mərhum sənətkar təkcə musiqi camesində deyil, ədəbiyyat və kino sahəsində fəaliyyət göstərən məşhur simalar tərəfindən də sevilirdi. Sara Qədimova irsinin tədqiqatçısı Çingiz Fərəcov yazır:
xa0
“Bir dəfə Sara Qədimova Səməd Vurğun, Qurban Pirimov, rəqqasə Leyla Bədirbəyli, akademik Heydər Hüseynov, Vera Şirye, Zülfü Adıgözəlovla birlikdə cəbhə bölgələrinə gedirdi. O dövrdə Mahnı və Rəqs ansamblının rəqqasəsi olan Leyla Bədirbəylinin xatirələrindən:
xa0
- Qatarla gedirdik. Səməd Vurğun gənc Saraya yaxınlaşıb soruşdu:
xa0
- Qızım, gözəl səsin var. Bir neçə konsertində olmuşam. Oxumağın xoşuma gəlir. Cəbhədə əsgərlər üçün nə oxuyacaqsan?
xa0
Sara ayağa qalxıb imtahan verən şagird kimi əllərini yanına saldı:
xa0
- “Segah”x9d muğamını, Üzeyir bəyin “Şəfqət bacısı”x9d, “Kürdün gözəli”x9d, “Qubanın ağlaması”x9d mahnılarını, - deyə cavab verdi.
xa0
Səməd Vurğun nə fikirləşdisə, elə bizim yanımızda cibindən “Avrora”x9d siqaretini çıxarıb, onun üstünə bir şeir yazıb, Saraya uzatdı. Bu şeiri sənə həsr edirəm. Onu əzbərlə və “Segah”x9d üstündə oxu, - dedi.
xa0
Yenə qılıncını çəkdi üstümə,
Qurbanı olduğum o ala gözlər.
Yenə cəllad olub durdu qəsdimə,
Qələm qaş altında o ala gözlər.
xa0
Gərdəni minadır, boyu tamaşa,
Ay da həsrət çəkir o qələm qaşa.
Bir cüt ulduz kimi verib baş-başa,
Yanıb şölə saçır camala gözlər.
xa0
Sara Qədimova cəbhədə verilən konsertlərin hamısında “Segah”x9d muğamını Vurğunun yuxarıdakı şeiri ilə başlayırdı. Kim nə deyir-desin, bizim hamımızda belə bir fikir yarandı ki, Səməd Vurğun o şeiri Sara xanıma həsr etmişdi.
xa0
Sara xanımın ifasında “Segah”x9d muğamına şair məftun olurdu. O deyirdi ki, bu muğamı Saranın ifasında dinləyəndə ruhu dincəlir. 1956-cı ildə Səməd Vurğun ağır xəstə idi. Mayın 12-də Opera və Balet teatrında şairin 50 illik yubileyi qeyd olunurdu. Səməd xəstə olduğu üçün tədbirdə iştirak edə bilmirdi. Yubileyə radioda qulaq asırdı. Yubileyin bədii hissəsi S.Vurğunun sevdiyi muğam və mahnılardan təşkil olunmuşdu. Sara xanım yubiley konsertində “Segah”x9d muğamında şairin yuxarıdakı şeirini ağlaya-ağlaya oxudu. Sara xanım ömrünün son günlərinə qədər hər dəfə Xavər xanımla Aybəniz onunla görüşərkən qucaqlaşır və hönkür-hönkür ağlayardılar”x9d.
xa0
Qeyd edək ki, Sara Qədimova 1963-cü ildə xalq artisti adına layiq görülüb, 2005-ci il mayın 12-də 82 yaşında vəfat edib.(Axar.az)
































































































