Şimal-Qərb bölgəsinin eyni qurşaqda yerləşən Şəki və Oğuz rayonunu cəmi 28 km məsafə ayırır.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün saat 14.30 dan başlayaraq Oğuz rayonu ərazisində, xüsusən də şəhər mərkəzində hava şəraiti qəflətən dəyişib və az keçməmiş güclü yağış başlayıb. Bir qədər sonra isə dolu düşməyə başlayıb.
Yağıntılarla bağlı hər hansı fəsad qeydə alınmayıb. Həmin saatlarda isə qonşu Şəkidə, yəni eyni qurşaqda yerləşən şəhərdə 28-30 dərəcə arasında isti müşahidə olunub. Nə göy guruldayıb, nə də yağış yağıb.
Şəki Regional Hava Məlumat Mərkəzindən Bizim.Media-ya bildirilib ki, ölkə ərazisində olduğu kimi Şimal-Qərb rayonlarında da qeyri-sabit hava şəraiti hökm sürür. Bu mənada yağış buludlarının şərqə istiqamətlənməsi nəticəsində Oğuz şəhərinə yağıntı düşüb. Şəkidə isə tam əksinə hava isti keçib. Hazırda isə hər iki rayonda, ümumən bölgədə havanın temperaturu 24- 27 dərəcə arasındadır və buludlu hava şəraiti müşahidə edilir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:37 / 31.05.2023
Şəkidə 30 dərəcə isti, Oğuzda isə yağış və dolu – VİDEO
Hazırda oxunan: Şəkidə 30 dərəcə isti, Oğuzda isə yağış və dolu – VİDEO
Hazırda oxunan: Şəkidə 30 dərəcə isti, Oğuzda isə yağış və dolu – VİDEO
138941
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.