Plastik qablarda günəş şüaları altında satılan suların YARATDIĞI TƏHLÜKƏ

Hazırda oxunan: Plastik qablarda günəş şüaları altında satılan suların YARATDIĞI TƏHLÜKƏ

138937

İsti hava şəraiti gündəlik məişətimizdə daha həssas olmağımızı tələb edir. Çünki, isti hava istehlak etdiyimiz məhsulların bir çoxunu çox asanlıqla sıradan çıxarır. Bu da sağlamlığımız üçün ciddi risklərə yol açır. Məsələn, küçələrdə qızmar günəş altında plastik qablarda su satışına addımbaşı rast gəlirik. Halbuki, plastik qablar günəş şüasının təsiri ilə kimyəvi proseslərə uğrayır. Bu isə son nəticədə sağlamlığımıza təhlükə yaradır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan qida üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib ki, plastik qablarda olan suları marketlər şəbəkəsindən almaq daha doğru olardı:

“Çox təəssüf ki, plastik qablarda olan sular daha çox küçələrdə qızmar günəş altında satılır. Bilmək lazımdır ki, istinin təsirindən plastik qabda Bisfenol-A maddəsi əmələ gəlir. Bu maddə də su ilə tez reaksiyaya girir. Beləcə günəş şüaları altında plasmas qablarda satılan sulardan xərçəng xəstəliyinə yoluxma riski çoxalır. Əgər hansısa alıcı xroniki və onkoloji xəstəlikdən əziyyət çəkirsə, o zaman onda xəstəlik daha da şiddətlənir”. 

Məhsəti Hüseynova onu da xatırladıb ki, qablaşdırılmış suyun daşınmasında da qaydalara əməl olunmur:

“Yaxşı olar ki, istehlakçılar istehsalçının qabların üzərində yazılmış tövsiyyələrinə diqqət eləsinlər. Çünki, satıcılardan bu qaydalara riayət etmələrini gözləmək sadəlöhvlük olardı. Sular daşınan zaman və satılan müddətdə sərin yerdə saxlanılmalıdır. Bütün hallarda qızmar günəş şüaları altında satılan sulardan uzaq durmaq lazımdır. Çünki, yüksək temperatur səbəbi ilə plastik maddədən zəhərli maddələr törəyir. 

Bunu qətiyyən yaddan çıxartmaq olmaz. Bundan əlavə gündəlik istifadə üçün 300-500 qramlıq suları almaq daha məsləhətdir. Çünki, istehsal prosesində qablar azonla doldurulur. Plasmas qabın ağzı hər dəfə açılıb bağlananda isə suyun tərkibi dəyişir.Ona görə də plasmas qablardan bir dəfəlik istifadə etmək daha doğru olardı. Bu mənada şüşə qablarda satılan sular daha faydalı və təhlükəsizdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin