Yaşadığı evdə asılmış meyiti aşkarlanan 21 yaşlı qızla bağlı Prokurorluqdan AÇIQLAMA  

Hazırda oxunan: Yaşadığı evdə asılmış meyiti aşkarlanan 21 yaşlı qızla bağlı Prokurorluqdan AÇIQLAMA  

138935

Xəbər verildiyi kimi Şəmkir rayonunda intihar hadisəsi baş verib. Hadisə rayonun Çənlibel kəndində qeydə alınıb. Kənd sakini, 21 yaşlı Samirə Allahverdiyevanın asılmış meyitini yaşadığı evin həyətində ailə üzvləri aşkar edib. 

İntiharın səbəbləri məlum deyil.  

Sosial şbəkələrdə yayılan iddialara görə 21 yaşlı qızın ölümündə günahkar atasıdır. Söyləntilərə görə əvvəlcə qız döyülüb, sonra isə özünü asmağa təhrik edilib.  

Məsələ ilə bağlı Respublika Prokurorluğundan Bizim.Media-ya bildirilib ki, mayın 29-da 2002-ci il təvəllüdlü Samirə Allahverdiyevanın intihar etməsi faktı üzrə Şəmkir rayon prokurorluğunda araşdırma aparılır. Hadisənin baş vermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin