Kürdəmirin Çərtəyəz kəndində olan yol problemi kənd camaatını təngə gətirib. Kənddə bir neçə idarə və təşkilat yerləşməsinə və hərəkətin həddindən artıq olmasına baxmayaraq, bir dəfə də olsun kəndin yoluna asfalt örtüyü çəkilməyib.
Bu sözləri Bizim.Media-nın Aran bürosuna kənd sakinləri bildiriblr.
Çərtəyəz kəndi rayon ərazisindən 25 km aralıda yerləşir. Bu yolun 21 km-lik hissəsi - Ağsu-Kürdəmir-İmişli yolunun 4 km-lik hissəsi kənd yoludur. Kənddə 1500 nəfər sakin yaşayır, 200-ə yaxın ev var. Amma kəndin bərbad yolu kənd camaatının gündəlik həyatının kabusuna çevrilib.
Belə ki, Çərtəyəz kəndinə gedən yola nə sovetlər dönəmində, nə də müstəqillik dövründə asfalt örtüyü çəkilməyib. Kənddə istər piyadalar, istər sürücülər, bu yolun yararsız və keçilməz olmağından çox əziyyət çəkirlər. Onların sözlərinə görə, qışda palçıqdan, yayda tozdan bu yolda hərəkət etmək mümkün deyil.
Yolda yaranmış dərin çalalar sürücülərin hərəkətinə mane olur, büdcələrinə zərər vurur. Sakinlər yolun bu vəziyyətdə olması ilə əlaqədar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, bu günə kimi onların səsinə səs verən olmayıb.
Çərtəyəz kənd yolunun bərbad və keçilməz vəziyyətdə olması ilə bağlı Kürdəmir rayon İcra Hakimiyyətinə müraciət edik. İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsindən Bizim.Media-nın yerli bürosuna bildirildi ki, adı çəkilən yol dövlət proqramına salınıb və 2023-2024-cü illərdə rayonun bir neçə kəndinə asfalt örtüyünün salınması nəzərdə tutulur.
Beləcə, İcra Hakimiyyəti rəsmisinin sözünə inansaq, kənd camaatı bir müddət də gözləməli olacaq ki, kəndə yeni asfalt örtüyü salınsın.
Mövzunu diqqətdə saxlayacağıq.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:40 / 31.05.2023
Kürdəmirin Çərtəyəz kəndinin bərbad yolları nə vaxt düzələcək? – FOTO
Hazırda oxunan: Kürdəmirin Çərtəyəz kəndinin bərbad yolları nə vaxt düzələcək? – FOTO
Hazırda oxunan: Kürdəmirin Çərtəyəz kəndinin bərbad yolları nə vaxt düzələcək? – FOTO
138926
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.