Mayın 31-i saat 00.30-da Şəmkir rayonunun Dəllər-Zəyəm mənzilində yerləşən tənzimlənən dəmiryolu keçidində fəaliyyət göstərən keçid növbətçisi naməlum şəxs tərəfindən təhdid edilib, daha sonra isə növbətçi otağına ziyan vurulub.
Bu barədə Bizim.Media-ya Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Şəmkir rayonunun Sabirkənd kəndinin sakini Hüseynov Allahverdi Etibar oğlu saxlanılıb.
Keçid növbətçisinin səhhəti normaldır, xəsarət alan olmayıb. Dəmir yolunda hərəkət qısa müddətdə bərpa edilib.
Qeyd edilib ki, maddi ziyanla nəticələnən hadisə nəticəsində müvafiq sahədə Mikro Prosessor Mərkəzləşməsi sisteminin qurğuları, o cümlədən rabitə-işarəvermə avadanlıqları və elektirik naqilləri sıradan çıxıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:55 / 31.05.2023
Şəmkir dəmiryolu keçidindəki insidentlə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Şəmkir dəmiryolu keçidindəki insidentlə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Şəmkir dəmiryolu keçidindəki insidentlə bağlı RƏSMİ AÇIQLAMA
138916
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.