Biləsuvar Rayon İcra Hakimiyyəti rayon ərazisindəki vəziyyətlə bağlı məlumat yayıb.
Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, 31 may saat 02.00 radələrində İran İslam Respublikası ərazisindən böyük su kütləsi Bolqarçay çayı vasitəsilə rayon ərazisinə daxil olub.
Sel sularının qarşısının alınması və əhalinin təhlükəsiz təxliyəsi məqsədilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun və rayon icra hakimiyyəti aparatı əməkdaşlarının, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Zakir Quliyevin, Rayon Polis Şöbəsinin rəisinin, FHN-in Şirvan-Salyan Regional bölməsinin əməkdaşlarının, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə xüsusi qərargah yaradılıb.
Qərargahın rəhbərliyi və aidiyyatı təşkilatların kollektivləri və texnikaları vasitəsilə gecə boyu görülən tədbirlər nəticəsində suyun bir hissəsi Bolqarçay su anbarına, digər hissəsi Mahmudçala ərazisinə yönəldilib.
Selin yarada biləcəyi fəsadların qarşısının alınması və sakinlərin təhlükəsizliyi məqsədilə çayboyu yerləşən Amankənd kəndinin bir hissəsi, Yuxarı Ağalı və Muğan kəndlərinin əhalisi təhlükəsiz şəraitdə təxliyə olunmuş, sakinlərin mal-qarası və ətraf ərazidə heyvandarlıqla məşğul olan obalar ərazidən çıxarılıb.
Təxliyə zamanı Amankənd kəndi üzrə 45 təsərrüfatda 260 nəfər, Yuxarı Ağalı kəndi üzrə 164 təsərrüfatda 953 nəfər və Muğan kəndi üzrə 82 təsərrüfatda 477 nəfər əhalinin təxliyəsi həyata keçirilib. Görülmüş tədbirlər nəticəsində hazırda suyun səviyyəsi normal vəziyyətə düşmüş, sel suları heç bir dağıntı və təlafata səbəb olmayıb. Hazırda kəndlərdən təxliyə olunmuş əhali öz evlərinə qayıdıb.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:36 / 31.05.2023
Biləsuvarda sel təhlükəsi ilə bağlı son vəziyyət AÇIQLANDI
Hazırda oxunan: Biləsuvarda sel təhlükəsi ilə bağlı son vəziyyət AÇIQLANDI
Hazırda oxunan: Biləsuvarda sel təhlükəsi ilə bağlı son vəziyyət AÇIQLANDI
138911
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.