Kəlbəcər və Laçına köç edəcək təsərrüfat rəhbərləri TƏLİMATLANDIRILIB

Hazırda oxunan: Kəlbəcər və Laçına köç edəcək təsərrüfat rəhbərləri TƏLİMATLANDIRILIB

138904

Öz təsərrüfatlarını Kəlbəcər və Laçın yaylaqlarına köçürəcək arıçılıq və heyvandarlıq təsərrüfatlarının rəhbərlərinə ANAMA-nın Göygöl rayonunda yerləşən Regional Təlim Mərkəzinin mütəxəssisləri tərəfindən təlim keçirilir. 

Bizim.Media "Respublika" qəzetinə istinadən xəbər verir ki, Göygöl Mədəniyyət Evində keçirilən təlimlərdə fermerlərə azad olunmuş ərazilərdə davranış qaydaları izah olunur, partlamamış hərbi sursat və minalarla rastlaşan zaman hansı addımlar atmalı olduqları ilə bağlı tövsiyələr verilir. 

30 may - 2 iyun tarixlərində davam edəcək təlimlərə ümumilikdə 2374 fermer cəlb olunub. 

ANAMA-nın mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə dislokasiya nöqtələrində davranış qaydaları, partlamamış sursat və minaların müəyyən olunması,   mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, mina təhlükəsinin izahı, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə geniş məlumat verilib.

Yaylaqlara köç edəcək təsərrüfatların rəhbərlərinə mina təhlükəsizliyi ilə bağlı təlimlər keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin