Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yerləşən 4300 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinin mühafizə zonasında qanunsuz tikinti işlərinin aparıldığı aşkar olunub.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən abidənin mühafizə zonasında aparılan qanunsuz tikinti işləri ilə bağlı qanuna müvafiq tədbirlər həyata keçirilir.
Qurumun Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, artıq qanunsuz olaraq tikilən hasar sökülüb.
Tarixi abidənin mühafizə zonasında tikinti işlərinin qarşısının alınması və yenidən təkrarlanmaması üçün aidiyyəti dövlət orqanlarına da müraciət olunub.
Abidənin mühafizəsinin gücləndirilməsi istiqamətində tədbirlər görülür.
Bir daha qeyd edirik ki, abidələrin qorunması haqqında qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:00 / 31.05.2023
Xaçmazda tarixi abidənin mühafizə zonasında inşa olunan qanunsuz tikili SÖKÜLDÜ
Hazırda oxunan: Xaçmazda tarixi abidənin mühafizə zonasında inşa olunan qanunsuz tikili SÖKÜLDÜ
Hazırda oxunan: Xaçmazda tarixi abidənin mühafizə zonasında inşa olunan qanunsuz tikili SÖKÜLDÜ
138848
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.