Bakının Binəqədi rayonunda mağazada dava düşüb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Xəlilov Vasif Rövşən oğlu, 2002-ci il təvəllüdlü Yusubov Hüseyn Hacıbala oğlu, 2007-ci il təvəllüdlü İbrahimli Firat Zaur oğlu və daha iki nəfər naməlum şəxslə əlbəyaxa dava ediblər.
Dava zamanı hər üç şəxs bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Digər iki nəfər bədənin müxtəlif nahiyələrinin əzilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Bizim.Media