Gəncədə elmi-praktik konfrans KEÇİRİLDİ - FOTO 

Hazırda oxunan: Gəncədə elmi-praktik konfrans KEÇİRİLDİ - FOTO 

138828

Gəncədə, Azərbaycan Dövlət Aqrar Unviersitetində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Qeyri-neft sektoru və qlobal ərzaq təhlükəsizliyi problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, konfransdan əvvəl tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstünün önünə tər güllər düzərək əziz xatirəsini ehtiramla yad ediblər. 

Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib.  
Daha sonra “Ümumilli Lider Heydər Əliyev və ADAU” filmi nümayiş olunub.

Tədbirdə çıxış edən ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanov qeyd edib ki, Azərbaycanda aqrar sahənin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1969-cu il iyulun 22-də “Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun 50 illiyinin keçirilməsi haqqında” Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı qəbul edilib.

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov çıxış edərək ərzaq təhlükəsizliyinin dövlətin milli təhlükəsizliyinin ən mühüm komponenti olduğunu diqqətə çatdırıb.  O bidlirib ki, ərzaq təhlükəsizliyi ölkənin müstəqil siyasət yürütməsi, öz hüquqlarını tələb etməsi və hər hansı problemin həllində vahid mövqe sərgiləməsi deməkdir.  

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov aqrar sahənin qeyri-neft sahəsi kimi əhəmiyyətini vurğulayaraq, bu səhədə görülən işlərdən danışıb.  

Mill Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Ulu Öndər Heydər Əliyevin 1969-1981-ci illərdə ölkəmizə rəhbərlik etdiyi dövrdə heyvandarlıq, meliorasiya və kənd təsərrüfatının digər sahələrində gördüyü işləri diqqətə çatdırıb. O, həmçinin, bu gün fermerlərə verilən dövlət subsidiyaları, kənd təsərrüfatındakı mövcüd artımlar haqqında məlumat verib. 

Türkiyənin Gəncə şəhərindəki Baş Konsulu Rəcəp Öztop və Ege Universitetinin rektoru Necdet Budak çıxışlarında iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi təhsil sahəsində də uğurlu əməkdaşlığın davam etdiyini bildiriblər.  

AMEA-nın Gəncə bölməsinin sədri Fuad Əliyev və “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Mürvət Həsənli çıxışlar edərək mövzu ətrafında fikirlərini səsləndiriblər. 

Tədbirin sonunda Türkiyənin Ege Universitetinin rektoru, professor Necdet Budaka Azərbaycan Dövlət Aqrar Universitetinin Fəxri Doktoru diplomu və mantiyası təqdim olunub.   
Konfrans işini panel sessiyalarda davam etdirib. 


Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu.

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin