Iranın tanınmış din alimlərindən olan Ayətullah Şirazi Qum şəhərində təşkil olunan beynəlxalq konfransda çıxış edərkən Ayətullah Seyid Əli Xameneinin Cəmkəran məscidində İmam Mehdi ilə bağlantı qurduğunu iddia edib. Buna qədər də İranın bir çox fiq alimlərinin İmam Mehdi ilə təmasda olduğu iddia edilibdir.
Teleqraf.az bununla bağlı
İslam Demokrat Partiyasının (AİDP) sədri Hacı Tahir Abbaslının münasibətini öyrənib.
İmam Mehdinin bütün müsalmanların gözünə göründüyünü və
dara düşənlərə yardım etdiyini deyən partiya sədri bildirdi ki:“Bir çox görüşlər
var ki, bizlər bir ömür səf edirik ki, nail olaq. Belə ali görüşlər qeybdə olan
124 min peyğəmbərlər (ə) imamlar və övliyalarla olanlardır. Xoş o insanların
halına ki, yaşadığı dövürdə belə müqəddəs və müqəddəsdən yuxarı şəxsiyyətlərlə
görüşə və əlaqəsi ola. Əhli beytə və qeybi aləmə əqidə və etiqadı olanlar Sahibə
əz Zaman (ə.f.)ın diri olaraq qeybi aləmdə olduğunu və imanlı şəxslərin, xüsusən
darda və köməyə ehtiyaca olan insanların gözünə görünür. Lakin həmin şəxslər
onu tanımaya da bilərlər. O həzrət (ə.f.) xüsusən imanlı din alimləri ilə
görüşüb, şəri-dini və ictimai-siyasi məsələlərə münasibətini bildirir. Elə şəri-dini
məsələlər var ki bəşər cavablandırmağa cavab verə bilmədiyindən İmam (ə.f)ın
müdaxiləsi qaçılmazdır. Əks təqdirdə bu qədər düşmənlərin və yüksək
elmi-texniki inkişafın qarşısında İslam dininin və müsəlmanların aqibəti çoxdan
bitmişdi. Bizim əqidəmizə görə İmam Mehdi (ə.f) bütün müsəlmanların gözünə
görünür və kömək edir. Lakin bu hər dəfə fərqli görkəmdə və başqa adlarla ola
bilr. İnsan dünyasını dəyişəndən sonra deyəcək ki, mənə kömək edən bu şəxs idi.
O ki, qaldı İranın ali dini rəhbərinin İmam Mehdi (ə.f.)la görüşməsində qeyri
adi bir şey görmürəm. Desəydilər ki, Allahla görüşüb heyrətlənərdim. Əgər iki
adil şəxs bu görüş haqqda məlumat verərsə inanmamağa haqqımız yoxdur. Onu da
qeyd edim ki, dünyanın ən yuxarı məşəqqətlərin çəkməyə dəyər ki, o həzrətlərlə
görüşə bilək. Əslində insanın varlığı belə gözəl görüşlər üçündür, təki belə
görüşlərdən müsəlman dünyası nicat tapsın."
Qeyd edək ki, şiələr on ikinci imam olan
Mehdinin qeybə çəkildiyinə və qiyamətdən öncə zühur edib bəşəriyyəti xilas edəcəyinə
inanırlar. Sünni məzhəbində olanlarsa imamın hələ doğulmadığını. anadan
olduqdan sonra dünyada ədaləti bərqarar edəcəyinə inam gətiriblər.
































































































