Çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları MÜZAKİRƏ EDİLDİ - FOTO 

Hazırda oxunan: Çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları MÜZAKİRƏ EDİLDİ - FOTO 

138784

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə FHN-in Bakı Regional Mərkəzi Bakı şəhərinin Sabunçu və Xəzər rayonlarında “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirələr keçirib. 

Bu barədə Bizim.Media-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

Sözügedən rayonların icra hakimiyyətlərinin və aidiyyəti təşkilatların məsul şəxslərinin iştirakı ilə keçirilən müşavirələrdə Xəzər dənizinin Sabunçu və Xəzər rayonları sahillərində FHN tərəfindən təhlükəsizliyin təmin edilməsi məqsədilə keçirilmiş monitorinqin nəticələri fotoslaydların müşayiəti ilə təqdim olunub, aşkar olunmuş nöqsanlar barədə geniş məlumat verilib. 

Tədbirlərdə monitorinqin nəticələri müzakirə edilib, qarşıda duran vəzifələrdən danışılıb.

Müşavirələrdə, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, həyata keçirilən təhlükəsizlik tədbirləri ilə bağlı da məlumat verilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. 
Sonda “Su hövzələrində təhlükəsizlik və davranış qaydaları”na dair videoçarx nümayiş etdirilib. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin