Nazirlər Kabineti “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim formasının, fərqləndirmə nişanlarının təsviri və onların daşınması qaydası”nı təsdiq edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
MÖVZU İLƏ BAĞLI:
Tıxacların ƏSL SƏBƏBİ – AYNA Bakıdakı taksi xaosuna qarşı hansı TƏDBİRLƏRİ GÖRƏCƏK? – VİDEOREPORTAJ
Qərara əsasən agentliyin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının vəzifə səlahiyyətlərinin icrası zamanı xidməti geyimlərini daşımaq hüququ var.
Qeyd edilib ki, agentliyin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyiminin təchizatı hər il Agentliyin fəaliyyəti nəticəsində əldə etdiyi vəsaitlər (dövlət büdcəsindən Agentliyə ayrılan məqsədli vəsaitlər istisna olmaqla) hesabına təmin edilir.
Agentliyin nəzarət funksiyasını həyata keçirən əməkdaşları şəxsi nömrə yazılmış fərqləndirmə döş nişanına (jetona) malik olmalı və xidmətin sonunda fərqləndirmə döş nişanını (jetonu) Agentliyin aparatına və ya regional idarəyə təhvil verməlidirlər.
Qərarda dəyişiklik ölkə prezidentinin 24 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.
Bizim.Media