Bir neçə gün əvvəl Xaçmazda Vətən Müharibəsi veteranı Etibar Babakişiyevin üzərinə benzin töküb yandırmağa cəhd etməsi barədə məlumat vermişdik.
Bizim.Media olaraq veteranın hansı səbəbdən intihara əl atması səbəbi ilə maraqlandıq.
Etibar Babakişiyev sorğusuna cavab olaraq məşğulluq idarəsi tərəfindən 3 ildir işlə təmin olunma məsələsinin həll olunmamasından narazı olduğunu bildirib.
Veteranın şikayətinə Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızından cavab aldıq. Onun açıqlamasına görə, qurum tərəfindən Vətən Müharibəsi iştirakçılarının məşğulluğuna diqqət göstərilməsi daim diqqətdə saxlanılır:
"Xaçmaz rayonunun Sabiroba kənd sakini, Vətən Müharibəsi iştirakçısı Etibar Murad oğlu Babakişiyevin ötən il maldarlıq təsərrüfatı qurmaq məqsədilə özünüməşğulluq proqramına qoşulmaq üçün müraciəti alınıb.
Lakin ilkin monitorinq aparılması üçün 26 avqust 2022-ci il tarixində onunla əlaqə saxlanılmağa çalışılsa da, onun məşğulluq filialına təqdim etdiyi telefon nömrəsinə zəng çatmayıb və monitorinq keçirilməsi də mümkün olmayıb.
Daha sonra Etibar Babakişiyev 10 may 2023-cü il tarixində filiala ərizə ilə müraciət edərək özünüməşğulluq proqramına qoşulmaqdan imtina edib və haqqı ödənilən ictimai işlə təmin edilmək istədiyini bildirib.
Əsmər Nəcməddinqızı məlumatında qeyd edib ki, Etibar Babakişiyev bir müddət sonra bu istəyindən də imtina edib:
"Mayın 11-də həmin işlə təmin edilməsi üçün qeydiyyata alınsa da mayın 25-də filiala təkrar müraciət edərək ictimai işlə təmin edilmək istəmədiyini, yenidən özünüməşğulluq proqramına qoşulmaq istəyini ifadə edib.
Yenə də qeydiyyata alınıb, amma bu dəfə də 26 may 2023-cü il tarixində təkrar fikrini dəyişərək ictimai işlə təmin edilmək istədiyini bildirib.
Beləliklə, Dövlət Ağentliyinin sözçüsü onun bu dəfəki müraciətinə də qanunamüvafiq qaydada baxılıb köməklik göstəriləcəyini qeyd edib.
Xatırladaq ki, Vətən Müharibəsi veteranı Etibar Babakişiyevi Xaçmaz RİH başçısı Elnur Rzayev də qəbul edib və problemləri ilə maraqlanıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:44 / 30.05.2023
Vətən Müharibəsi iştirakçısının işlə təmin olunması ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Vətən Müharibəsi iştirakçısının işlə təmin olunması ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Vətən Müharibəsi iştirakçısının işlə təmin olunması ilə bağlı AÇIQLAMA
138755
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.