Dövlət qurumlarında çalışanların yaş məhdudiyyəti 70-ə qaldırılsın? – Ekspertin ŞƏRHİ 

Hazırda oxunan: Dövlət qurumlarında çalışanların yaş məhdudiyyəti 70-ə qaldırılsın? – Ekspertin ŞƏRHİ 

138726

Milli Məclisin bu günki iclasında deputat Musa Quliyev təklif edib ki, dövlət büdcəsindən maliyyələşən qurumlarda çalışan şəxslərin yaş məhdudiyyəti 65-dən 70-ə qaldırılsın:

“Son zamanlar təhsil, səhiyyyə və digər təşkilatlarda işçilər pensiya yaşında dərhal işdən azad edilir. Onların stajı, praktikası nəzərə alınmır. 

Nəzərə alaq ki, həmin şəxslərin pensiya həddi minimumdur. Bundan sonra iş tapa bilməyəcəklər. Əgər işçi sertifikasiyadan keçib, tələblərə cavab verirsə, onlar işləsinlər. Təklif edirəm, dövlət büdcəsindən maliyyələşən qurumlarda çalışan şəxslərin yaş məhdudiyyəti 65-dən 70-ə qaldırılsın".

Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Fuad İbrahimov hesab edir ki, təklifə məsələnin xüsusiyyəti və spesifikliyindən asılı olaraq diferensial qaydada baxmaq olar: 
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət qurumlarında çalışanların yaş məhdudiyyəti 70-ə qaldırılacaq?


“Dövlət qulluğu ilə bağlı məsələdə yaş məhdudiyyətinin 65-dən 70 yaşa qaldırılmasına əslində baxmaq olar. Ən azından bu məsələyə diferensial qaydada baxmaq olar.

Yəni onu dövlət qulluğunun bütün sahələrinə deyil, bəzi sahələrə aid etmək olar. Bir sıra spesifik sahələr var ki, orada 65 yaşına çatanları pensiyaya yola saldıqda həmin sahədə mütəxəssis boşluğu yaranır. 

Mütəxəssisləri adətən dövr, zaman yetişdirir. Bu baxımdan da məsələyə xüsusi spesifiklik nöqteyi-nəzərindən baxıla bilər. Amma 70 yaş məsələsi dövlət büdcəsindən maliyyələşən heç də bütün sahələrə şamil edilməməlidir. Çünki insanlar vaxtında təqaüdə çıxıb, ondan yararlanmaq istəyir”. 

Ekspertə görə, 70 yaşında pensiyaya çıxmaq məsələsi konkret olaraq kənd təsərrüfatı sektoruna, səhiyyə, təhsil sistemi, ətraf mühitin mühafizəsi üzrə mütəxəssislərə şamil edilə bilər:

“Buradakı kadrların bacarığı bir-iki günə formalaşmır. Onlar illər boyu öz işlərilə təcrübə qazanırlar. Dövlət orqanlarında bu sahədə çalışan mütəxəssislərin təcrübəsinə ehtiyac var”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin