“Zərdab rayonunda 42 min hektardan artıq əkin sahəsi suvarılır”.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, bunu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.
Qurum rəsmisi bildirib ki, Zərdab rayonunda hər il olduğu kimi bu il də əkilən kənd təsərrüfatı bitkilərinin suvarılması davam edir:
“Bunun üçün Zərdab Suvarma Sistemləri İdarəsi tərəfindən meliorativ tədbirlər uğurla aparılır. Ümumilikdə idarə 42 min hektardan artıq əkin sahələrinin suvarılmasına xidmət edir. Su təminatı üçün 69 nasos stansiyasının, suvarma kanallarının, o cümlədən nov kanalların, onlar üzərindəki hidrotexniki qurğuların istismarı həyata keçirilir.
Suvarmanın daim aparılması üçün balansda olan nasos stansiyalarında mütəmadi olaraq sazlama işləri həyata keçirilir. Təmir-bərpa işləri çərçivəsində isə 300 metr dəmir beton nov kanal təmir edilib. Stasionar nasos stansiyalarında suqəbuledici borular uzadılıb.
Zərdab rayonunda su itkilərini minumuma endirmək, sudan istifadənin səmərəliliyini artırmaq üçün son illər asma dəmir-beton nov kanalları və beton kanallar təmir olunur. Bundan başqa, ilin əvvəlindən etibarən suvarma mövsümünə hazırlıq məqsədi ilə torpaq məcralı kanallar lildən və kol-kosdan təmizlənir.
Hazırda idarənin texnikaları vasitəsi ilə bir neçə istiqamətdə bu işlər həyata keçirilir. İlin əvvəlindən bu günə kimi Zərdab Suvarma Sistemləri İdarəsi tərəfindən 150 km məsafədə kanallar lildən təmizlənib”.
Qeyd edək ki, bu il Zərdab rayonunda 18500 hektar sahədə taxıl, 2700 hektar pambıq, 15500 ha yonca, 541 ha qarğıdalı, 151 ha çəltik, 413 ha xəsil və digər kənd təsərrüfatı təyinatlı bitkilər əkilib. Hazırda adıçəkilən əkin sahələrində suvarma davam edir.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
13:35 / 30.05.2023
Aran bölgəsində su itkisinin qarşısı necə alınır? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Aran bölgəsində su itkisinin qarşısı necə alınır? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Aran bölgəsində su itkisinin qarşısı necə alınır? – RƏSMİ AÇIQLAMA
138704
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.