İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın nümayəndə heyəti Azərbaycana gələcək - FOTO 

Hazırda oxunan: İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın nümayəndə heyəti Azərbaycana gələcək - FOTO 

138631

İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) nümayəndə heyəti yaxın günlərdə Bakıya gələcək. 

Bizim.Media xəbər verir ki, bu barədə “Report”a Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev məlumat verib. 

O bildirib ki, Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilməsi məsələsi ölkə başçısının və Azərbaycan Xarici İşlər Nazirliyinin, eləcə də ölkəmizin digər səlahiyyətli strukturlarının daim diqqət mərkəzindədir. 

Diplomat vurğulayıb ki, bu, Azərbaycan və Ermənistan arasında münaqişədən sonra münasibətlərin normallaşmasının ən mühüm humanitar, siyasi və hüquqi aspektidir. 

Səfir həmçinin Ermənistan-Azərbaycan müharibəsi nəticəsində itkin düşmüş vətəndaşlarımızın axtarışında ölkəmizə yardımın göstərilməsi məsələsini müzakirə etmək üçün Azərbaycan tərəfinin dəvəti ilə ICMP nümayəndə heyətinin 2022-ci ilin aprelində Bakıya səfər etdiyini xatırladıb. 

Bakıda keçirilən görüşlər nəticəsində itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilməsi işində konkret yardım göstərmək məqsədilə bu beynəlxalq təşkilatın nümayəndə heyətinin Azərbaycana səfəri və məsələnin hərtərəfli qiymətləndirilməsi ilə bağlı razılıq əldə olunub. 
R.Mustafayevin sözlərinə görə, ICMP-nin işə başlaması və nümayəndə heyətinin Bakıya səfərinin təşkilində Niderland Xarici İşlər Nazirliyi maliyyə dəstəyi göstərir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin