Dünya Azərbaycanlıları Assambleyası Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi təsis edildi

Hazırda oxunan: Dünya Azərbaycanlıları Assambleyası Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi təsis edildi

138594
Bir müddət öncə Dünya azərbaycanlıları Assambleyası yaradılması ideyası Amerika, Kanada , Avstraliya, Avropa , Rusiya, Ukrayna, Türkiyə və bir çox ölkələrdə fəaliyyət göstərən fəal diaspora təşkilatlarımızla müzakirəyə çıxarılmış, aparılan müzakirələr nəticəsində bir daha ortaya çıxmış bu ideyanın zəruri olduğu faktı qəbul edilmişdir. Bu sahədə olan boşluq əhəmiyyətli dərəcədə hiss olunduğundan müzakirələr nəticəsində belə bir təşkilatın qurulması ilə bağlı qərar qəbul edilmişdir. Bunun nəticəsində təşəbbüs qrupu formalaşdırılmışdır. 

Təşəbbüs qrupu xaricdə və ölkəmizdə yaşayan bu sahədə fəal olan şəxslərə müraciət edərək Dünya Azərbaycanlıları Assambleyası ideyasını reallığa çevirməyə çağırmışdır. Çağırışa zamanında müsbət qarşılıq verən dünyanın bir sıra ölkələrində yaşayan soydaşlarımız bu ideyanın reallaşması üçün lazımı addımların həyata keçirilməsi üçün öz dəstəklərini ifadə etmişlər. Bugünə qədər Azərbaycanımızın dünyada tanıdılması yolunda fəal olan soydaşlarımızın iştirakı ilə Dünya Azərbaycanlıları Assambleyası Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi təsis edilmişdir.

 Komitəyə 12 ölkədən olmaqla 17 nəfərlik heyyət seçilmişdir. Komitə qurultaya qədər bütün işçi qrupu funksiyasını üzərinə götürəcək və qurultayın hazırlığı istiqamətində işləri həyata keçirəcəkdir. Təşkilat komitəsinin ayda bir dəfə olmaqla keçiriləcək, ilk iclası iyunda keçiriləcək. Təşkilat komitəsinin fəaliyyəti ilə bağlı addımlar zaman zaman dəyərli media orqanlarımızın və ictimaiyyət nümayəndələrimizin diqqətinə çatdırılacaqdır.

Fürsətdən istifadə edib dünyaya səpələnmiş, eləcə də bugün vətənimiz Azərbaycanda yaşayan həmvətənlilərimizin 28 may cümhuriyyət bayramını təbrik edirik. Bu müstəqillik kimi müqəddəs varlığımız əbədi olsun deyirik !

Təşkilat komitəsinə aşağıdakı ölkələr daxildir::

1. Azərbaycan

2. Amerika Birləşmiş Ştatları

3. Böyük Britaniya

4. Avstraliya

5. Rusiya

6. Ukrayna

7. Türkiyə

8. Tatarıstan (Rusiya)

9. İsveç

10. Estoniya

11. Kanada

12. Çexiya

Qeyd edək ki, təşkilat komitəsində fəaliyyət göstərən şəxslər arasında Beynəlxalq Diaspora Mərkəzi, “İşğala , Terrora və Soyqrıma Yox”x9d, Respubika Qadınlar Cəmiyyəti, DAK Tatarıstan nümayəndəliyi rəhbərliyi, DAK idarə heyyəti üzvləri , Ümum Rusiya Azərbaycanlıları Konqresinin və digərlərinin təmsilçiləri vardır.

Dünya Azərbaycanlıları Assambleyası

Mətbuat Xidməti
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin