May ayının 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 28 May-Respublika Gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə ilk olaraq Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin xatirələri bir dəqiqəlik sükutla yad edildi.
ADPU-nun rektoru vəzifəsini icra edən, professor Malik Cəbrayılov tədbiri giriş sözü ilə açaraq bildirib ki, may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü tamam olur. Hazırda respublikamızda və dünyanın bir çox ölkələrində xalqımızın böyük milli bayramı olan 28 May ”“ Respublika Günü münasibətilə müxtəlif tədbirlər keçirilir. Bizim bugünkü tədbirimiz də 28 May-Respublika Gününə həsr edilib.
ADPU-nun rektoru vəzifəsini icra edən, professor Malik Cəbrayılov çıxışı zamanı deyib ki, dünya şöhrətli ictimai-siyasi xadim, müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızın azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu”x9d. XX əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublikanı quran Azərbaycan həm də bir çox mütərəqqi yeniliklərə imza atıb. Belə ki, Şərqdə ilk opera məhz Azərbaycanda yaranıb, dünyada ilk dəfə Azərbaycanda qadınlara seçmək və seçilmək hüququ verilib və s.
Öz çıxışında tarixlə bu günümüz arasında mənəvi körpü yaradan ADPU-nun rektoru vəzifəsini icra edən, professor Malik Cəbrayılov qeyd edib ki, Azərbaycan sürətlə inkişaf edir. Azərbaycan ictimai-siyasi sabitliyi, dinamik iqtisadi inkişafı və yüksələn beynəlxalq siyasi nüfuzu ilə diqqəti cəlb edir. Ölkəmizdə əhalinin rifah halı yüksəlib, multikultural və tolerant bir cəmiyyət qurulub. Həyatımızın bütün sahələrində, o cümlədən elm və təhsil sahəsində böyük islahatlar həyata keçirilir, bu sahə öz inkişafında keyfiyyətcə yeni mərhələyə daxil olub. Bu gün müstəqil Azərbaycanın əsas taleyüklü problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Xalqımız sülhsevər, tərəqqipərvər olduğu üçün müharibə istəmir. Münaqişənin sülh yolu ilə həlli istiqamətində ulu öndərimiz Heydər Əliyev
tərəfindən atılan mühüm addımlar, onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin münaqişənin sülh yolu ilə həll edilməsi sahəsindəki fəaliyyəti xalqımız tərəfindən bəyənilir və dəstəklənir. Xalqımız, ordumuz öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Bu ilin 2-5 aprel tarixlərində qoşunların təmas xəttində baş verən məlum hadisələr də bunu bir daha təsdiqlədi. Ordumuzun son uğurlu hərbi əməliyyatları xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir. Biz də həm bir vətəndaş olaraq, həm də öz çalışdığımız sahədə dövlət başçımızın həyata keçirdiyi uğurlu siyasətin təbliğ edilməsinə və həyata keçirilməsinə dəstək verməliyik.
Tədbirdə ADPU-nun Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının professoru, tarix üzrə elmlər doktoru Mais Əhrahov “Tarixi yolun mərhələləri”x9dmövzusunda məruzə ilə, Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müəllimi Taleh Cəfərov “Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəli ərazi məsələləri”x9d, Tarix fakültəsinin “Tarix müəllimliyi”x9d ixtisasının I kurs tələbəsi Fəridə İsgəndərova “Müstəqilliyimizin simvolu-Azərbaycan bayrağı”x9d və həmin ixtisasın I kurs tələbəsi Tahir Cabbarlı “Azərbaycan Xalq Cümhuriyyəti və ordu quruculuğu”x9d mövzularında maraqlı və əhatəli çıxışlar ediblər. Konkret elmi”“tarixi faktlara əsaslanan məruzə və çıxışlarda qeyd edilib ki, çox çətin və mürəkkəb tarixi-siyasi şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə öz dövlətçilik atributlarını qəbul etmiş, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində mühüm əhəmiyyət kəsb edən ciddi addımlar atmışdır. 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında fərman imzalandı, iyunun 24-də üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi, noyabrın 9-da isə həmin bayraq üçrəngli - yaşıl, qırmızı və mavi zolaqlardan ibarət olan bayraqla əvəz edildi. Sentyabrın 1-də Hərbiyyə Nazirliynin yaradılması barədə qərar qəbul edildi. 1919-cu ilə kimi Milli Ordunun yaradılması məqsədilə hökumət tərəfindən 400 milyon manat vəsait ayrılmışdı.
Ordunun yaradılması prosesi 1920-ci ilin yanvarında əsasən başa çatdırıldı. Yaradılmış 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi. Ölkəmizdə milli parlamentarizmin təşəkkül tarixi də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 1918-ci il dekabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır.
Məruzə və çıxışlarda xüsusi vurğulanıb ki, Azərbaycanın dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, ən əziz, ən qiymətli sərvətidir. Qədirbilən xalqımız Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin xatirəsinə böyük hörmət və ehtiramla yanaşır. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi taleyi bizə ulu öndərimiz Heydər Əliyevin «Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha çətindir» kimi müdrik bir ifadəsini yada salır. Bugünkü müstəqil və güclü, hərtərəfli inkişaf etmiş Azərbaycan Respublikası məhz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir.




































































































