ADY: Gürcüstanda teplovozun relsdən çıxması nəticəsində 1 əməkdaşımız dünyasını dəyişib

Hazırda oxunan: ADY: Gürcüstanda teplovozun relsdən çıxması nəticəsində 1 əməkdaşımız dünyasını dəyişib

138310

“Azərbaycan Dəmir Yolları” QSC Marabda-Kartsaxi dəmir yolu sahəsində baş vermiş hadisə ilə bağlı məlumat yayıb. 

QSC-dən Bizim.Media-ya bildirilib ki, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan ərazisindən keçən sərt aşırımlı Trialeti-Tsalka mənzilində aparılan təmir-bərpa işləri zamanı hərəkətdə olan manevr teplovozunun qəfil relsdən çıxması nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialının bir əməkdaşı, maşinist köməkçisi Ruslan Sadıqov dünyasını dəyişib. 
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstanda texniki xidmət qatarı aşıb, ölən və yaralananlar Azərbaycan vətəndaşlarıdır


“Təəssüflə qeyd edirik ki, göstərilən ilkin tibbi yardıma baxmayaraq, əməkdaşımızın həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, doğmalarına səbr diləyirik. Manevr teplovozunun digər ekipaj üzvlərinin səhhəti normaldır, əlavə xəsarət alan olmamışdır”, - QSC-dən bildirilib. 

Hadisənin başvermə səbəbləri araşdırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin