Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunda baş vermiş partlayışın təfərrüatları barədə məlumat verib.
Bizim.Media-xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib ki,rayonun Suqovuşan kəndi istiqamətində təhlükəli əraziyə daxil olan tikinti şirkətinin əməkdaşının naməlum partladıcıya toxunması zamanı hadisə baş verib.
MÖVZU İLƏ BAĞLI:
Tərtərdə sursat PARTLADI: İşçi xəsarət alıb
Partlayış hadisəsi nəticəsində 1986-cı il təvəllüdlü Əsgərov Məsim Həsən oğlu xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, sol əlin 4 barmağının travmatik amputasiyası edilib. Onun həyatı üçün təhlükə yoxdur.
ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa çağırır.
Bizim.Media