Xəbər verildiyi kimi Yeni Azərbaycan Partiyasının (YAP) qapalı şəraitdə VII qurultayı öz işinə başlayıb.
Ölkənin bütün diqqəti YAP-ın qurultayına köklənib. Hazırda təxminən 20-yə yaxın media nümayəndəsi qurultaya gələnləri ictimailəşdirmək üçün Yeni Azərbaycan Partiyası binasının qarşısında gözləmədədir.
Bizim.Media xəbər portalının əməkdaşları da öz növbəsində ərazidən canlı reportajlar hazırlayırlar. Qurultay bir saat yarımdır ki, davam edir. YAP binasının qapıları hələ də bağlıdır.
MÖVZU İLƏ BAĞLI:
YAP-ın qurultayı qapalı şəraitdə işinə başlayıb - YENİLƏNİR - CANLI - FOTO
Qurultaydan hələki hər hansı qərar və ya nəticə açıqlanmayıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev qurultaya videokonfrans vasitəsilə qoşulub.
Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.
Alçina Amilqızı, Bizim.Media