Marketlərin sellofan fırıldağı – Proses necə tənzimlənməlidir?

Hazırda oxunan: Marketlərin sellofan fırıldağı – Proses necə tənzimlənməlidir?

138282

Marketlərin bir çoxunda alıcıların sadə sellofanlardan istifadə etməsinə icazə verilmir. Əvəzində isə xüsusi sellofanları  ödənişli şəkildə təklif edirlər. Buna görə də, həmin sellofanı məcburi almaq istəməyən müştərilər mövcud vəziyyətdən  şikayətlənirlər.

"Al Market"lər şəbəkəsi,  "Araz Supermarket" və bir sıra marketlərdə sadə sellofanların meyvə-tərəvəz üçün nəzərdə tutulduğunu əsas gətirərək, alıclıların sadə sellofandan istifadəsinə icazə verilmir.

Alıcılar isə bildirirlər ki, sellofanların ödənişli satılması haqqında qanun qəbul edildikdən sonra bu mövzuda dəfələrlə problem yaşayıblar. Belə ki, daim özləri ilə sellofan gəzdirə bilmədikləri üçün hər alış-verişdə xüsusi sellofan paketlərə pul ödəməli olurlar. Məhsulu sadə sellofana yerləşdirmək istədikdə isə fərqli bəhanələr irəli sürülür. 

Bəzi marketlər bu sellofanları ümumiyyətlə, kassa ətrafına qoymur, yaxud bitdiyini bildirirlər.

Bəzi marketlərdə isə həm xüsusi, həm də sadə sellofan təklif edilir. Alıcılar hesab edirlər ki, sellofanların bu şəkildə məcburi satışı doğru deyil.

Bəs sadə sellofanlardan istifadəyə bəzi marketlərdə niyə icazə verilmir?  

Mövzu ilə bağlı  iqtisadçı ekspert Natiq Cəfərli Bizim.Media-ya  açıqlama  verib.

Ekspertin sözlərinə görə, sellofan paketlərin satışı və istifadəsinə hər market ozü qərar verir.

“Bu məsələ hər hansı qanunla tənzimlənmir, bu, hər bir marketin özünün apardığı siyasətlə tənzimlənir. Bəziləri buna icazə verir, bəziləri isə yox. Buna hansısa bir formada qanuni müdaxilə etmək mümkün deyil. Yəni bunu tənzimləyən qayda yoxdur. Yeganə qayda sellofan torbaların pulla satılmasıdır. Ona görə də bu proses marketlərin öz siyasətindən asılıdır”.

Natiq Cəfərli həmçinin bildirir ki, qaydanın mahiyyətini nəzərə alaraq, həmçinin əlavə xərc etməmək üçün vətəndaşların özləri ilə əlavə parça torbalar götürməyi məsləhətlidir.

“Vətəndaşlar da çalışmalıdırlar ki, bundan sonra özləri ilə parça torbalar götürməyə öyrəşsinlər.

Bu qaydanın məntiqi ondan ibarət idi ki, ekologiyaya dəyə biləcək ziyanın qarşısı alınsın.

Nəticədə həm yeni vərdişlər yaranır, həm də marketlərdə pulla alına biləcək torbaların çoxalması ilə onların siyasətinin dəyişməsinə də gətirib çıxarır”.

Şikayətlərin  olmasına baxmayaraq, iqtisadçı marketlərdə bu qaydaların eyni şəkildə tənzimləməsini hazırki vəziyyətdə qeyri-real göründüyünü bildirib.

“Marketlər bunu etmək üçün heç bir stimulu yoxdur. Yəni buna müdaxilə edə biləcək heç bir dövlət qurumu  və ya qanun yoxdur. Buna görə də marketlər özlərini daha rahat hiss edirlər”.

Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin