Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarının keçirilməsi ilə bağlı məlumat yayıb.
Bizim.Media xəbər verir ki, dəyişikliklərlə bağlı, yəni ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının bir mərhələdə keçirilməsi, imtahan proqramı və yeni imtahan modeli 2020-ci ilin dekabrında "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunub.
Jurnalda qeyd olunduğu kimi, proqramda əsas hissə kimi 5-ci sinifdən başlayaraq 9-cu sinfin 1-ci yarımilində keçilmiş materiallar götürülür.
Tədris prosesində 2-ci yarımildə keçilməsi planlaşdırılan mövzular üzrə tapşırıqlar isə 5-8-ci siniflər üzrə tərtib olunacaq.
Proqram hazırlanarkən ilk növbədə indi 9-cu sinifdə təhsil alan şagirdlərin aşağı siniflərdə keçdikləri dərsliklərlə, hazırda istifadədə olan dərsliklər müqayisə olunub və hər iki dərslikdə eyni olan mövzular proqrama daxil edilib. Aşağı sinif dərsliklərinə yeni daxil edilmiş və çıxarılmış mövzular proqrama salınmayıb.
Beləliklə, demək olar ki, proqramda verilən mövzuların hamısı tədris prosesində keçilib.
Məlumat üçün qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən yaxın vaxtlarda otk.az portalı vasitəsilə yeni imtahan modelinə uyğun sınaq imtahanı keçiriləcək.
Yeni imtahan modeli aşağıdakı kimidir:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:33 / 05.03.2021
DİM buraxılış imtahanı ilə bağlı açıqlama yaydı - FOTO
Hazırda oxunan: DİM buraxılış imtahanı ilə bağlı açıqlama yaydı - FOTO
Hazırda oxunan: DİM buraxılış imtahanı ilə bağlı açıqlama yaydı - FOTO
13821
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.