Naxçıvan - Şərqin günəşi -VİDEO

Hazırda oxunan: Naxçıvan - Şərqin günəşi -VİDEO

138181

Yəqin çox az adam tapılar ki, onun Azərbaycanın ən dilbər guşələrindən biri sayılan Naxçıvan, bu diyarın qeyri-adi gözəllikləri ilə bağlı az və ya çox məlumatı olmasın. Lakin əminik ki, "Şərq qapısı" qəzetinin ərsəyə gətirdiyi və Moderator.az-ın təqdim etdiyi bu videoya baxandan sonra özünü Naxçıvan haqqında məlumatlı hesab edən, bu diyarın gözəlliklərini yetərincə görüb-tanıdığını düşünən şəxslər belə öz qənaətlərində nə dərəcədə yanıldıqlarını anlayacaqlar. Çünki oxucularımıza təqdim etdiyimiz bu videoda Naxçıvanın elə təkrarsız gözəllikləri, füsunkar mənzərələri yer alıb ki, bu mənzərələrin bir qisminə belə şahid olmaq, bu gözəlliklərin doğurduğu məftunluqdan zövq almaq üçün  Azərbaycanın Naxçıvan adlı qədim diyarını qarış-qarış gəzmək, onun dərələrindən keçmək, dağlarını aşmaq, çaylarının və göllərinin sərinliyini hiss etmək, şəffaf bulaqlarının suyundan içmək, otlarının, çiçəklərinin qoxusunu  nəfəs dolusu qoxlamaq tələb olunur.

Naxçıvanın ecazkar təbiət və süni gözəlliklərinin harmoniyasını özündə əks etdirən bu video, oxucuları antik diyarın əzəli və əbədi gözəllikləri ilə yanaşı, insan əməyinin yaratdığı  möcüzələrlə də tanış edəcək, insanların bu torpağı gəzmək, görmək, tanımaq arzusunu artıracaq, Naxçıvanı milyonlarla soydaşımıza yenidən sevdirəcəkdir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin