Qazini aldadaraq pulunu mənimsəyən şəxs barəsində ARAŞDIRMALAR BAŞLADI – ÖZƏL  

Hazırda oxunan: Qazini aldadaraq pulunu mənimsəyən şəxs barəsində ARAŞDIRMALAR BAŞLADI – ÖZƏL  

138159

Xaçmazın Həbibkənd kənd sakini, 21 yaşlı Vətən Müharibəsi qazisi Şirin Telman oğlu Ramizovun başına iş gəlib. O, Hafiz adlandıran bir şəxs tərəfindən dələduzluğa məruz qalıb. 

Belə ki, Vətən Müharibəsində qolundan ağır xəsarət alan Şirin Ramizov ikinci dəfə Türkiyəyə müalicəyə getmək üçün “Kapital Bank”ın Xaçmaz rayon şöbəsində ona yardım edilməsi üçün hesab açıb və bu məlumat sosial şəbəkələrdə paylaşılıb.  

Xaçmazlı bloger Osman İmamovun Bizim.Media-ya verdiyi məlumata görə, özünü Hafiz kimi təqdim edən bir şəxs ona 10 min manat yardım edəcəyini deyib.  

Lakin o, yardım etmək əvəzinə onları aldadadıb və bütün bank hesablarını əldə edərək qazinin müalicə üçün yığılan 2131 manat pulunu hesabından çıxarıb.

Bunu bilən Vətən Müharibəsi qazisi Şirin Ramizov bu gün DİN-nin 102 çağrı Mərkəzinə zəng edib və dələduzun tapılmasını xahiş edib.

Vətən Müharibəsi qazisi Şirin Ramizov onu aldadan şəxsin özünü Almaniyada yaşayan vətəndaş kimi təqdim etdiyini bildirib. Zərərçəkmişin sözlərinə görə onun bütün hesabları dondurulub və ona yeni hesab açılıb.

Şirin Ramizov tezliklə onun müalicə pulunu "silib süpürən" Hafizin tapılıb cəzalanacağına ümid etdiyini bildirib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Xaçmaz polisinə məlumat daxil olub. Hadisəni törədən şəxslə bağlı araşdırmalara başlanılıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin