Tıxacların ƏSL SƏBƏBİ – AYNA Bakıdakı taksi xaosuna qarşı hansı TƏDBİRLƏRİ GÖRƏCƏK? – VİDEOREPORTAJ 

Hazırda oxunan: Tıxacların ƏSL SƏBƏBİ – AYNA Bakıdakı taksi xaosuna qarşı hansı TƏDBİRLƏRİ GÖRƏCƏK? – VİDEOREPORTAJ 

138152

Paytaxt yollarındakı sıxlıq əksəriyyətimizi narahat edən məsələlərdəndir. Xüsusilə də, pandemiyadan sonra iş günlərinin pik saatlarında mənzil başına çatmaq Bakı sakinləri üçün müşkülə çevrilib.

Problemin səbəbləri ilə bağlı isə fikirlər müxtəlifdir. Lakin taksilərin çoxluğunun bu məsələdə rolu xüsusi qeyd olunmalıdır. “Bolt”, “Uber” kimi aqreqatorların Azərbaycan bazarına yol açması isə taksi sektorunda xaosun meydana çıxmasına səbəb olub. 
Heç bir ön yoxlama aparılmadan tətbiqə qoşulub, taksi fəaliyyətinə başlayan sürücülərin yol verdikləri özbaşınlıqlar, hər gün rast gəldiyimiz qəzalar da bunun əyani sübutudur.

Bəs, problemi necə yoluna qoymaq olar? Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi taksilərin yaratdığı xaosu aradan qaldırmaq üçün hansı addımları atmağı düşünür?

Daha ətraflı hazırladığımız videoreportajda:
 


Mirzə Altay, Səkinə Yusibli, Əfqan Pənahoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin