Bakıda qeyri-rəsmi nikahda olduğu şəxsdən davamlı şiddət və işgəncə görən qadının özünü yandırdığını xəbər vermişdik.
Baş prokurorluqdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 22-də 2000-ci il təvəllüdlü Zeynəb Səfərovanın özünə xəsarət yetirməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır.
MÖVZU İLƏ BAĞLI:
Bakıda DƏHŞƏT - Sevgilisindən işgəncə görən qadın özünü YANDIRDI
Hadisənin baş vermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
Qeyd edək ki, hadisə mayın 22-də baş verib. 23 yaşlı qadınla qeyri-rəsmi nikahda olduğu Anar Məmmədzadə arasında mübahisə yaranıb. Mübahisə böyüdüyündən ölüm həddinə çatan qadın özünü yandırıb.
O, 3-cü dərəcəli yanıq xəsarətləri ilə 1 saylı Şəhər klinik Xəstəxanasının yanıq şöbəsində müalicə aldıdan sonra evə buraxılıb.
Alçina Amilqızı, Bizim.Media