“009”x9d nömrəsindən imtina etməyən sabiq MTN generalı kimdir?

Hazırda oxunan: “009”x9d nömrəsindən imtina etməyən sabiq MTN generalı kimdir?

138102
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun tutduğu vəzifədən azad edilməsi və MTN-də “yarpaq tökümü”x9dnün başlamasından sonra azadlıqda qalan komanda üzvlərinin hamısı vaxtilə daha çox MTN əməkdaşlarının istifadə etdiyi “009”x9d nömrəli dövlət nömrə nişanlarından imtina etdi. Mətbuatda hətta bu nömrələrin hamısının MTN əməkdaşlarından alındığı ilə bağlı informasiyalar dərc edildi. 

Bugünlərdə özəl mənbədən Moderator.az-a daxil olan məlumatda ləğv edilən MTN-nin Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlan Şıxəliyevin hələ də “009”x9d nömrəli dövlət nömrə nişanından istifadə etdiyi deyilir. 

Mənbənin sözlərinə görə, bugünlərdə M.Şıxəliyevə məxsus olduğu iddia edilən 10 OM 009 dövlət nömrə nişanlı avtomobil yenidən generalın Novxanıdakı dənizkənarı villasının həyətində görünməyə başlayıb. Bu isə M.Şıxəliyevin bütün baş verənlərə baxmayaraq, hələ də “009”x9d nömrəsindən imtina etmədiyini göstərir.

Mənbənin sözlərinə görə, M.Şıxəliyev bu gün “009”x9d nömrəsindən istifadə edən yeganə sabiq MTN generalı hesab olunur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin