Daşkəsən rayonuna yağan leysan yağışlar və dolu bir neçə kəndlərdə fəsadlar törədib.
Bizim.Media xəbər verir ki, ötən gün axşam saatlarından başlayaraq yağan leysan yağışlar və dolu səbəbindən rayonun Qabaqtəpə, Kəmərqaya, Almalı və Bayan kəndlərində fəsadlar yaranıb.
MÖVZU İLƏ BAĞLI:
Güclü sel qərb bölgəsində infrastruktura ciddi ZƏRƏR VURUB
Kəmərqaya kəndində evlər ciddi zərər görüb.
Kəskin hava şəraiti səbəbindən 200 metr uzunluğunda qaz xətti zərər görüb. 2 transformatorun yanması nəticəsində isə elektrik enerjisinin verilməsi dayanıb. Əkin sahələrinə, təsərrüfata ziyan dəyib. Ərazilərə aidiyyəti qurumların əməkdaşları və texnikaları cəlb olunub.
Fəsadların aradan qaldırılması istiqamətində işlər aparılıb. Hazırda dəymiş ziyan hesablanır.
Bizim.Media