Bu gün axşam saatlarından başlayaraq qeyri-sabit hava şəraiti qərb bölgəsində bəzi fəsadlar törədib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yağan güclü yağış səbəbindən Gəncə şəhərində, Daşkəsən və Göygöl rayonlarında sel suları avtomobil və kənd yollarında hərəkətdə qismən çətinliklər yaradıb.
İlkin məlumata görə, Göygöl rayonunun Topalhəsənli kəndində güclü külək və davamlı yağış kənd ərazisində bəzi infrastrukturların fəaliyyətində problemlər yaradıb.
Gəncədə, Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev parkı yaxınlığında sel suları sürücülər və piyadalar üçün çətinlik yaranıb. Əraziyə qum torbaları düzələrək su axının qarşısı qismən alınıb.
Hazırda aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində işləyirlər.
Küləkli, yağıntılı hava şəraiti Daşkəsən və Gədəbəy rayonlarında da fəsadlar törədib. İldırım çaxması və güclü yağış səbəbindən ucqar kənd yollarında problemlər yaranıb.
Yağlntılı hava şəraiti hal hazırda da davam edir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu.
- A-
- A
- A+
Cəmiyyət
00:25 / 26.05.2023
Qeyri-sabit hava şəraiti qərb bölgəsində ciddi FƏSADLAR TÖRƏTDİ
Hazırda oxunan: Qeyri-sabit hava şəraiti qərb bölgəsində ciddi FƏSADLAR TÖRƏTDİ
Hazırda oxunan: Qeyri-sabit hava şəraiti qərb bölgəsində ciddi FƏSADLAR TÖRƏTDİ
138024
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.