Şəkinin bir addımlığındakı kəndin qayğıları dilə gətirildi - FOTO 

Hazırda oxunan: Şəkinin bir addımlığındakı kəndin qayğıları dilə gətirildi - FOTO 

138004

Şəkinin Oxud kəndinin sakinləri rayon rəhbərliyi ilə keçirilən görüşdə kənd sakinləri onları narahat edən sosial məsələlərdən bəhs edib, onların həlli istiqamətində əməli tədbirlər görülməsini xahiş edib.   

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd sakinlərindən Murad İsmayılov, Gülşəndə Rəcəbova, Tahir Adışirinov və başqaları Oxud kəndinə gedən yolun əsaslı təmir olunması, kəndin  yeni yaşayış massivinə təbii qazın verilməsi ilə bağlı məsələni gündəmə gətiriblər.  

Yaz-aylarında kəndin “Eysağı” adlanan məhəlləsində içməli su problemi yarandığını deyən sakinlər bu ərazidə artezian quyusunun qazılması ilə bağlı məsələ qaldırıb. Oxud kənd sakinlərinin vacib qayğılarından biri də kənd tam orta məktəbinin əsaslı təmir olunması məsələsidir.  

Sakinlərin qaldırdığı sosial məsələlər rayon rəhbərliyi tərəfindən qeyd edilərək müvafiq təşkilatlar qarşısında qaldırılması üçün müraciətlərin hazırlanması nəzərdə tutulur.  

Qeyd edək ki, Şəkinin Oxud kəndi Fransa Müqavimət Hərəkətanın liderlərindən olan Əhmədiyyə Cəbrayılovun və Azərbaycan Milli Qəhrəmanı Cavanşir Cəbrayılovun ata-baba yurdu kimi tanınır.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin