Yasamal rayonu 158 nömrəli orta məktəbdə müəllimlə valideyn arasında yaranan insidentlə bağlı təhsil ocağı açıqlama verib.
Məktəbdən Bizim.Media-ya bildirilib ki, 25.05.2023-cü il tarixində “10ç” sinif şagirdinin (məlum səbəbdən şagirdin adı qeyd olunmur) valideyni məktəbə gələrək bildirib ki, Azərbaycan dili və ədəbiyyatı fənninin müəllimi Səhər Əhmədova onların evinə zəng edərək övladının ünvanına böhtan atıb:
MÖVZU İLƏ BAĞLI:
Bakı məktəbində İNSİDENT – “Patı” satdığı iddia edilən şagirdin atası müəllimə HÜCUM ÇƏKDİ - ÖZƏL
“Məsələ ilə bağlı müəllim və valideynlə görüş zamanı onlar arasında insident yaşanıb. Müəllimlə söhbət aparılıb, o, izahat verməkdən imtina edib. Məktəb rəhbərliyi tərəfindən məsələ ilə bağlı müvafiq araşdırma aparıldıqdan sonra qanunauyğun tədbirlər görüləcək. Qeyd edək ki, həmin şagird idmanla məşğul olur və zərərli vərdişlərlə əlaqəsi yoxdur”, -deyə məlumatda bildirilir.
Qeyd edək ki, bu gün səhər saatlarında Yasamal rayonu 158 nömrəli orta məktəbin 10-cu sinif şagirdi Mehdi Məmmədlinin atası həmin məktəbin dil-ədəbiyyat fənnini tədris edən Səhər Əhmədovaya direktorun otağında hücum edib.
Müəllimənin telefonunu əlindən alan valideyn ona nalayiq ifadələr səsləndirib və beləliklə mübahisə böyüyüb.
Səhər Əhmədova baş verənlərlə bağlı 102 xidmətinə müraciət etmək istəsə də, məktəbin direktoru Mehriban Ələkbərova buna imkan verməyib.
Həmçinin müəllim yoldaşları da mübahisə edən tərəfləri sakitləşdirməyə cəhd ediblər. İnsidentə səbəb Mehdi Məmmədlinin Səhər Əhmədovanın bacısı qızı olan sinif yoldaşına problemlər yaratması olub.
Alçina Amilqızı, Bizim.Media