Cəlilabad rayonunda it dişləyən azyaşlı ölüb.
Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, rayon sakini, 2012-ci il təvəllüdlü Zülfiyyə Rzayevanı küçədə it dişləyib.
Müxtəlif xəsarətlər alan azyaşlı rayon xəstəxanasına aparılıb, ona quduzluq əleyhinə vaksin vurulub. Daha sonra o, paytaxt xəstəxanalarından birinə təxliyyə edilib.
Lakin azyaşlı yerləşdirildiyi xəstəxanada qəfildən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu