Tovuzda 13 yaşlı qızı qaçırmaqda təqsirləndirilən 44 yaşlı Səfər Kavazov məhkəmə qarşısına çıxarılır.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 152.2 (On dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb.
MÖVZU İLƏ BAĞLI:
13 yaşlı qızı qaçıran şəxs 3 uşaq atası imiş – VİDEO
Bu gün təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılacaq.
Qeyd edək ki, mayın 20-də 13 yaşlı Ə. Tağıyeva yaşadığı Tovuz rayonunda itkin düşüb.
Sonradan onun ailə qurmaq məqsədilə öz istəyi ilə Xaçmaz rayonuna getdiyi bildirilib. Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyeva Xaçmaz rayonunda tapılıb. Onu qaçırmaqda şübhəli bilinən Səfər Kavazov saxlanılıb.
Bizim.Media