4 yaşlı Nur Qulizadə çəkdiyi rəsmlərlə hər kəsin diqqətini cəlb etməyi bacarıb.
Bizim.Media xəbər verir ki, yaşının çox kiçik olmasına baxmayaraq, onun qabiliyyəti, çəkdiyi rəsmləri ətrafdakılar tərəfindən maraqla qarşılanır.
Çünki kiçik rəssamın hər bir rəsminin öz xəyallarına uyğun bir hekayəsi, içində gizlənən kiçik arzuları var.
Ondakı rəssamlıq sənətinə olan sevgi, oynadığı oyuncağının belə daha çox rəssamlıqla bağlı olan əşyalardan, fırçalardan ibarət olması kiçik rəssamı bu sənətin sirlərini öyrənməsi üçün “LITTLE ARTISTS by Nigarxirektor art” məktəbinə getməsinə və daha dərin rəssamlıq sirlərini öyrənməsinə gətirib çıxardı.
Onun fırçasından çıxan "Güllərin rəqsi”, "Yaz axşamı”, "Quşların şirin yuvası” və digər rəsmlər kiçik rəssamın hələ körpəlikdən yaranan incə zövqündən xəbər verir.
Kiçik qızın gələcəkdə həvəskar rəssam olmaqla yetinməyib, incəsənətin daha dərinlikləri öyrənib, arzularına, istəklərinə, hədəflərinə doğru addımlayacağına inam böyükdür.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:25 / 25.05.2023
Xəyallarını boyayan KİÇİK RƏSSAM – 4 yaşlı Nur Qulizadənin ƏSRARƏNGİZ ƏSƏRLƏRİ – FOTO
Hazırda oxunan: Xəyallarını boyayan KİÇİK RƏSSAM – 4 yaşlı Nur Qulizadənin ƏSRARƏNGİZ ƏSƏRLƏRİ – FOTO
Hazırda oxunan: Xəyallarını boyayan KİÇİK RƏSSAM – 4 yaşlı Nur Qulizadənin ƏSRARƏNGİZ ƏSƏRLƏRİ – FOTO
137866
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.